• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Səs yazısı yayılan bağça müdirinə şiddətli töhmət verildi

CƏMİYYƏT

07 Iyun 2024 | 15:17

Səs yazısı yayılan bağça müdirinə şiddətli töhmət verildi

Abşeron rayonunun Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdirinin sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır.

Bakıvaxtı.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi araşdırmanın nəticəsi ilə bağlı açıqlama yayıb. 

“Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Əmək Məcəlləsinə əsasən, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib. 

Eləcə də, Xırdalan 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb”​ , - məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR