• Bakı 18° C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Şuşa qəsəbəsində Şuşanın adına yaraşmayan antisanitar vəziyyət - ŞİKAYƏT

CƏMİYYƏT

07 Iyul 2024 | 15:04

Şuşa qəsəbəsində Şuşanın adına yaraşmayan antisanitar vəziyyət - ŞİKAYƏT

Sabunçu rayonunda zibilxanalar antisanitar vəziyyət yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rayon sakini Samir Şirvanzadə sosial şəbəkədə paylaşım edib

"Ramananın Şuşa qəsəbəsində 2-3 yerdə zibil qutuları var, onların da vəziyyəti acınacaqlıdır və qəsəbə sakinləri zibil atmaq üçün kilometrlərlə yol gedir".

Şikayətçi onu da bildirib ki, çox yerlərdə ümumiyyətlə zibil qabları yoxdur.

Onun sözlərinə görə, ərazidə zibil qutuları az olduğu üçün, onlar da dolub-daşır, günlərlə boşaldılmır, vətəndaşlar əlacsız qalaraq sellofan torbaları qutuların yanına qoyur.

“Xəstəlik mənbəyi olan zibilliklər gəmiricilərin, sahibsiz itlərin, həşəratların məskəninə çevrilib. Zibil qutuların da ağzı açıq və əzik vəziyyətdədir. İnanın, üfunət iyindən qəsəbədə hərəkət etmək olmur. Bu qəsəbədə problemləri saymaqla bitmir”, - deyə qəsəbə sakini vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR