Bakıda təyinatı əlil və uşaq arabalarının keçməsi üçün nəzərdə tutulan pandus hər kəsi təəccübləndirib.
Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Söhbət Bakının mərkəzində, Aşıq Molla Cümə küçəsində qurulan, amma təyinatı məlum olmayan pandusdan gedir.
Nə material olaraq döşənmiş mərmər, nə də maillik bucağı pandusun heç bir təyinata yaramadığlnl göstərir.

















