• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Aİ Gürcüstana 30 mln. avroluq yardım ayıracaq

DÜNYA

08 May 2024 | 17:10

Aİ Gürcüstana 30 mln. avroluq yardım ayıracaq

Avropa İttifaqı (Aİ) Gürcüstana 30 milyon avro dəyərində yardımın ayırılmasına qərar verib.

Bakıvaxtı.az-ın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın İctimai telekanalı “Azadlıq radisou” nun jurnalistinə istinadən yayıb.

Bildirilib ki, mayın 7-də Brüsseldə Gürcüstandakı vəziyyətlə bağlı debat təşkil olunub. Debatda Aİ-nin 26 ölkəsindən olan səfirlər məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər, lakin Macarıstan münasibət bildirməyib.

    Qeyd olunub ki, Aİ tezliklə Gürcüstandakı “xarici təsir” qanunu ilə bağlı bəyanat verə, həmçinin Avropa Komissiyası tərəfindən qanununun Aİ-yə üzvlük meyarlarına uyğunluğuna dair yeniləmə ola bilər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR