• Bakı 14° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Britaniyanın İsrailə silah satmaq qərarı: Dəyişiklik edilməyəcək

DÜNYA

08 May 2024 | 17:18

Britaniyanın İsrailə silah satmaq qərarı: Dəyişiklik edilməyəcək

Böyük Britaniya İsrailə silah ixracı lisenziyaları ilə bağlı mövqeyini dəyişməyəcək.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki,  bunu Britaniyanın Baş naziri Rishi Sunak deyib.

Sunak İngiltərə parlamentində keçirilən həftəlik "Baş nazirə suallar" iclasında İsrailə silah satışı ilə bağlı sualı cavablandırıb.

Belə ki, Britaniya parlamentindəki Şotlandiya Milli Partiyasının lideri Stiven Flinn, baş nazir Sunakın ABŞ-nin İsrailə istiqamətli bəzi sursat daşınmasını dayandırdığını xatırladıb və İngiltərənin də eyni yolu gedəcəyini soruşub.

Millət vəkilinə verdiyi cavabda Sunak Britaniya hökumətinin İsrailə birbaşa silah tədarük etmədiyini iddia edib.

İsrailin baş naziri Benyamin Netanyahu ilə hər görüşdə İngiltərənin bu məsələ ilə bağlı mövqeyini xüsusi olaraq ifadə etdiyini deyib.

Murad Məmmədli


SON XƏBƏRLƏR

19 May 2024