• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

İbrahim Şehiç millidəki karyerasını başa vurub

İDMAN

07 May 2024 | 17:46

İbrahim Şehiç millidəki karyerasını başa vurub

"Qarabağ" klubunun sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə instaqram hesabında bildirib.

Şehiç 14 ildən sonra yığma ilə vidalaşdığını vurğulayıb.

Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, Ağdam təmsilçisi ilə 5 dəfə Azərbaycan çempionu olub. Təcrübəli oyunçu hazırda Səudiyyə Ərəbistanında "Əl-Halic"in formasını geyinir.


SON XƏBƏRLƏR

18 May 2024