• Bakı 16° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Talassemiyalı analar öz övladlarını ana südü ilə qidalandıra bilərlər

CƏMİYYƏT

08 May 2024 | 15:28

Talassemiyalı analar öz övladlarını ana südü ilə qidalandıra bilərlər

"Bildiyimiz kimi, bir sıra viral infeksiyalar qan köçürmə nəticəsində yoluxa bilir. Əgər talassemiya mayorlu anada Hepatit B, Hepatit C, HİV kimi infeksiyalar yoxdursa, ana övladını ana südü ilə qidalandıra bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb.

Onun sözlərinə görə, bu müddətdə ana mütləq Ca və Vitamin D profilaktik dozasını qəbul etməlidir:

“Əgər sadalanan infeksiyaların varlığı anada təsdiqlənibsə, ana südü ilə körpənin yoluxma hallarını nəzərə alaraq süni qidadan istifadə edilməsi tövsiyə olunur. Digər hallarda isə istər talassemiya daşıyıcı, istərsə də aralıq forma talassemiyalı analar öz övladlarını ana südü ilə qidalandıra bilərlər”. 

Hematoloq bildirib ki, aralıq formada periodik olaraq qan köçürməyə ehtiyac olduğu üçün, yenə də infeksiya kontrolu unudulmamalıdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 May 2024