• Bakı 15° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

"Beşiktaş" finala yüksəlidi

İDMAN

08 May 2024 | 08:33 | Müəllif: Qalib İbrahimoğlu

"Beşiktaş" finala yüksəlidi

Türkiyə Kubokunda finala çıxan ilk komanda bəlli olub.

Bakıvaxtı.az-ın məlumatına görə, yarımfinal mərhələsində "Beşiktaş" və "Ankaragücü" komandaları üz-üzə gəlib. Görüş istanbulluların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 70-ci dəqiqədə Muçi vurub.

Komandalar arasında Ankarada keçirilən qarşılama qolsuz heç-heçə ilə başa çatmışdı.

Bununla da "qara qartallar" tarixində 17-ci dəfə Türkiyə Kubokunda finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər görüşü "Fatih Karagümrük" və "Trabzonspor" arasında baş tutacaq. "Bordo-mavililər" ilk matçda 3:2 hesabı ilə qalib gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026