• Bakı 12° C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Ərdoğan: “Avropa İttifaqının ədalətli olmasını gözləyirik”

SİYASƏT

26 Aprel 2024 | 21:08

Ərdoğan: “Avropa İttifaqının ədalətli olmasını gözləyirik”

“Avropa İttifaqının Türkiyə ilə münasibətlərinin ədalətli şəkildə idarə olunmasında Hollandiyanın dəstəyini gözləyirik”.

Bakıvaxtı.az “Haber Global”a istinadən bildirir ki, bunu Hollandiyanın Baş naziri Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, terrorizmlə mübarizə Türkiyənin əsas prioritetlərindən biridir.

“Separatçılarla mübarizədə Türkiyənin ödədiyi ağır bədəl göz qabağındadır. PKK-nın hücumları nəticəsində uşaq, qadın, mülki vətəndaş və təhlükəsizlik qüvvələrimiz də daxil olmaqla, minlərlə vətəndaşımızı qurban vermişik”. - deyə Ərdoğan vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR