• Bakı 7° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mərakeş Kralı COP29-a dəvət edildi

SİYASƏT

27 Aprel 2024 | 09:31

Mərakeş Kralı COP29-a dəvət edildi

Aprelin 26-da Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita ilə görüşüb.

Bakıvaxt.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyindən bildirilib.

Görüş zamanı 2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Mərakeş Kralı VI Məhəmmədə ünvanladığı dəvət məktubu N.Buritaya təqdim olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026