• Bakı 13° C

    1.45 m/s

İsveç parlamenti əsgərlərin sayını artırmağı tövsiyə etdi

DÜNYA

26 Aprel 2024 | 22:11 | Müəllif: Subhan Mahmudov

İsveç parlamenti əsgərlərin sayını artırmağı tövsiyə etdi

İsveç Parlamentinin Müdafiə Komitəsi öz hesabatında ölkənin illik müdafiə xərclərini və əsgərlərin sayını artırmağı tövsiyə edib.

Bakıvaxtı.az xəbər verir ki, komitə ölkənin NATO-ya üzvlüyündən sonra müdafiə ilə bağlı tövsiyə hesabatı dərc edib.

Hesabatda İsveçin illik müdafiə xərclərinin 2030-cu ilə qədər təxminən 5 milyard dollar artırılması nəzərdə tutulub.

Həmçinin silah altında olan əsgərlərin sayının 2032-ci ilə qədər təqribən 8 mindən 12 minə çatdırılması vacibliyi bildirilib.

PUA təhlükələrinə qarşı hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və raketlərin alınması da prioritetlər siyahısında yer alıb.

"İsveç və ya onun müttəfiqlərinə qarşı hücum qaçılmazdır", - deyə, hesabata daxil edilən bəyanatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026