• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Slovakiya baş naziri təkrar müayinə olunacaq

DÜNYA

26 May 2024 | 18:38 | Müəllif: Subhan Mahmudov

Slovakiya baş naziri təkrar müayinə olunacaq

Sui-qəsd cəhdindən sonra Banska-Bistrica xəstəxanasına yerləşdirilən Slovakiya Baş naziri Robert Fitso mayın 27-də təkrar müayinədən keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xəstəxana rəhbərliyi məlumat yayıb.

“Baş nazirin hazırkı vəziyyəti tibbi şuranın proqnozlarına uyğundur. Nəzarət müayinələri sabah da davam etdiriləcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, mayın 15-də Handlova şəhərində R.Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 5 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub. Baş nazirin səhhəti tədricən yaxşılaşmaqdadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026