• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qara dəliyin yeni şəkli yayımlandı

CƏMİYYƏT

28 Mart 2024 | 11:47

Qara dəliyin yeni şəkli yayımlandı

Alimlər qalaktikamızın mərkəzindəki qara dəliyin yeni görüntüsünü aşkar ediblər.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Çəlumata görə, Event Horizon Teleskopu (EHT) Süd Yolu Qalaktikasının mərkəzində yerləşən superkütləli Sagittarius A* qara dəliyinin aydın fotosunu paylaşıb.

EHT qara dəliyin aydın fotolarını dərc edib. Alimlərin ilk dəfə 2022-ci ilin mayında ələ keçirdikləri Sagittarius A*, Süd Yolunun mərkəzində yerləşir. Astronomlar bu superkütləvi qara dəliyin qütbləşmiş işıqda ilk görüntüsünü əldə ediblər. Görüntü sayəsində qara dəliyin ətrafındakı maqnit sahələri də müşahidə edilə bilər.

Qara dəliyin ilk şəkli EHT tərəfindən 2019-cu ildə dərc edilib. Bu qara dəlik Yerdən 55 milyon işıq ili uzaqda olan M87 qalaktikasının mərkəzində yerləşir. Günəşdən 6,5 milyard dəfə böyük olan təsvir edilən qara dəlik Süd Yolu Qalaktikasından 54,8 milyon işıq ili uzaqlıqda, M87 Qalaktikasında yerləşir.

Ay Tac


SON XƏBƏRLƏR