• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Anar Bağırov: Gələn ildən bütün orderlər elektron qaydada veriləcək

GÜNDƏM

03 Aprel 2024 | 10:29 | Müəllif: Subhan Mahmudov

Anar Bağırov: Gələn ildən bütün orderlər elektron qaydada veriləcək

Gələn ildən bütün orderlər elektron qaydada olacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Vəkillər kollegiyasının sədri (VK) Anar Bağırov "Elektron vəkil orderi" və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, yeni qərarla “Elektron vəkil orderi”nin cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi nəzərdə tutulub:

"Əvvəllər order kağız daşıyıcısı üzərindən təqdim olunub. Hazırda “Elektron vəkil orderi” layihəsinin davamı kimi “Elektron vəkil sorğusu” layihəsi üzərində yekun işlər aparılır. Müasir texnologiya vəkillərin heç bir problem olmadan müştəri ilə müqavilə bağlamasına imkan verir. Nəticə etibarilə gələn ildən bütün orderlər artıq elektron qaydada olacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026