• Bakı 14° C

    12.32 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Sərhəd xətti belə olacaq - Şok xəritə yayıldı

Gündəm

02 May 2024 | 16:21

Sərhəd xətti belə olacaq - Şok xəritə yayıldı

Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndi istiqamətində sərhəd xəttinin haradan keçəcəyinə dair xəritə yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, xəritə "Sputnik" agentliyinin Ermənistan bürosunun teleqram kanalında paylaşılıb.

Ermənistan Parlamentinin deputatı Qarnik Danielyan xəritədə Kirantsdakı sərhədin razılaşdırılmış koordinatlara uyğun olaraq dəqiq harada olacağını göstərib.

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Kirantsda delimitasiyaya olunan 11 nöqtənin olduğunu bildirib.


SON XƏBƏRLƏR

16 May 2024