• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Anar Əliyev: Ötən il 118,4 min şəxs işlə təmin edilib

CƏMİYYƏT

16 Yanvar 2024 | 11:34

Anar Əliyev: Ötən il 118,4 min şəxs işlə təmin edilib

Ötən il məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşə yönümü məsləhəti xidmətlərinə cəlb edilib: 

“259 milyon gəlir, 208 milyon xərc olub. 8,4 min nəfərə işsizlikdən sığorta ödənişi edilib. Orta aylıq məbləğ 414 manatdır”. 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026