• Bakı 20° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Mehdiabad yolundakı işıqforun faza vaxtı 7 saniyə artırılıb - NİİM

CƏMİYYƏT

15 Fevral 2024 | 10:48

Mehdiabad yolundakı işıqforun faza vaxtı 7 saniyə artırılıb - NİİM

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında sıxlığı azaltmaq üçün tədbirləri davam etdirir.

Mərkəzdən Bakıvaxtı.az-a verilən xəbərə görə, bu məqsədlə Mərkəzin əməkdaşları Binəqədi rayonu, Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsində təhlillər aparıblar. Avtomobillərin intensiv hərəkət etdiyi bu yolda axşam saatlarında yaranan sıxlığın qarşısını almaq üçün kəsişmədə olan svetoforun vaxt planına dəyişiklik edilərək, Mehdiabad yolundan hərəkət edən nəqliyyatın faza vaxtı 7 saniyə artırılıb.

    Nəticədə axşam saatlarında Mehdiabad yolundan kəsişmə istiqamətinə hərəkət edən nəqliyyat axınının sıxlığı aradan qaldırılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR