Sabah Ramazan ayının 6-cı günüdür.
Bakıvaxtı.az Qafqaz Müsəlmanları İdarəsinini tərtib etdiyi Ramazan cədvəlinə əsasən xəbər verir ki, imsak saat 05:25-də, iftar isə 19:03-də olacaq.
Ramazanın 6-ci gününün duası:
İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!
Allah orucunuzu qəbul etsin.
















