• Bakı C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Andiçmədə ən çox müzakirə edilən açıqlaması bu oldu

DÜNYA

21 Yanvar 2025 | 11:05

Andiçmədə ən çox müzakirə edilən açıqlaması bu oldu

“Bundan belə, ABŞ hökuməti yalnız iki - kişi və qadın cinsinin tanındığı gender siyasəti həyata keçirəcək”.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışında deyib. 

O vurğulayıb ki, irq və genderlə bağlı sosial mühəndisliklə məşğul olmaq cəhdlərinə son qoyacaq. 

Tramp ölkədə rəsmi olaraq yalnız iki genderin olacağını hələ dekabrda bildirmişdi. Onun inauqurasiya mərasimi zamanı yenidən bu fikrini elan etməsi ölkədə gündəm olub. Belə ki, onun bu qərarı ölkədə müzakirələrə səbəb olub.

O, həmçinin transgenderlərin qadın idman yarışlarında iştirakını da qadağan etmək, eləcə də orduda xidmət edən transgender hərbçiləri istefaya göndərmək niyyətindədir.


SON XƏBƏRLƏR