• Bakı 17° C

    6.01 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

“Ankara bütün səfirliklərinə bənzəri olmayan tapşırıq vermişdi” - VİDEO

SİYASƏT

08 Noyabr 2025 | 08:40

“Ankara bütün səfirliklərinə bənzəri olmayan tapşırıq vermişdi” - VİDEO

“Müharibə günlərində Ankaradan Türkiyənin bütün səfirliklərinə gedən bir mesaj var idi ki, Ankaradan gələn təlimatla Bakıdan gələn təlimat eyni qüvvəyə malikdir. Yəni Bakıdan nə təlimat gəlirsə, Ankaradan bunu yoxlamadan yerinə yetirməlisiniz”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib.

“Təbii ki, diplomatik etiketə uyğun olaraq biz bunu etmirdik. Sözümüz olanda Türkiyə XİN vasitəsilə çatdırırdıq. Ancaq bu mesajın verilməsi dünya diplomatiyasında bənzəri olmayan faktdır. Sözdə deyil, əməldə əsl qardaşlığın bir təzahürü idi”, - nazir bildirib.

O, müharibə dövründə Türkiyəyə məxsus F-16-ların Azərbaycanda olmasının mənəvi əhəmiyyətini yüksək qiymətləndirib.

Daha ətraflı videomaterialda:


SON XƏBƏRLƏR

07 Noyabr 2025