q
  • Bakı 11° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Antalya Diplomatiya Forumu: münaqişələrə qarşı dialoq körpüsü

SİYASƏT

23 Aprel 2026 | 14:31

Antalya Diplomatiya Forumu: münaqişələrə qarşı dialoq körpüsü

“Antalya Diplomatiya Forumu XXI əsrin diplomatik çağırışlarına ən mühüm töhfəsi  qlobal qeyri-müəyyənliklər fonunda dialoq, əməkdaşlıq və çoxqütblü dünya düzəninin gücləndirilməsi üçün platforma yaratmasıdır”.

Bunu politoloq Aydın Tağıyev Antalya Diplomatiya Forumundan danışarkən Bakıvaxtı.az-a deyib.

Onun sözlərinə görə, burda  həm texnologiya, enerji, təhlükəsizlik, həm də regional münaqişələrin həllində diplomatiyanın mərkəzi rolunu önə çıxarır:

“Antalya Forumunun əsas mahiyyəti ondan ibarətdir ki, ABŞ-Çin rəqabəti, Rusiya-Qərb münasibətləri, Yaxın Şərq və Cənubi Qafqaz münaqişələri kimi qlobal böhranların müzakirəsi üçün neytral platforma yardım təqdim edir. Eyni zamanda, görünən odur ki, XXI əsrdə güc balansı dəyişir, bu, çoxqütblü düzəni qəbul edərək yeni güc mərkəzlərinin dialoquna şərait yaradır. Digər tərəfdən bu Forum beynəlxalq təşkilatlarda parçalanmaya qarşı əməkdaşlıq və konsensusun vacibliyini vurğulayır”.

Müsahibimiz qeyd edib ki, Forumun əsas töhfələri texnologiya və innovasiya sahələrindədir. A.Tağıyev bildirib ki, məsələn süni intellekt, kibertəhlükəsizlik və enerji keçidi kimi mövzular diplomatiyanın yeni çağırışları kimi müzakirə olunur:

“Bu, diplomatiyanın yalnız siyasi deyil, həm də texnoloji gələcəyi formalaşdırmasına imkan verir”.

Gələcək enerji təhlükəsizliyi məsələsi də burada vacib mövqedə durur. Bura enerji resurslarının paylaşımı, tranzit yolları və yaşıl enerji keçidi ilə bağlı dialoqu gücləndirir:

“Regional münaqişələrin həlli ilə bağlı fikir mübadilələri Azərbaycan-Ermənistan postmüharibə dövrü dialoqu, Yaxın Şərqdə sülh təşəbbüsləri forumun konkret töhfələrinə nümunədir. Gənclərin və vətəndaş cəmiyyətinin iştirakı da aktual mövzudur. Forum yalnız dövlət başçılarını deyil, akademiya, biznes və gəncləri də cəlb edərək diplomatiyanı daha inklüziv edir”.

Aydın Tağıyev: Bu forum diplomatiyanı münaqişələrin qarşısını almaq üçün əsas vasitə kimi təqdim edir

Həmsöhbətimizin dediyinə görə, Antalya Diplomatiya Forumu dialoqun güclənməsi yönündə müsbət tərəfləri ilə yadda qaldı. Bu da münaqişə tərəflərinin eyni platformada çıxış etməsi etimadın bərpasına kömək edir:

“Bu, gələcək qlobal sabitliyə rəvac verir. Nəticədə bu forum diplomatiyanı münaqişələrin qarşısını almaq üçün əsas vasitə kimi təqdim edir. Çoxqütblü dünya düzəni yeni güc mərkəzlərinin balanslı şəkildə əməkdaşlıq etməsinə şərait yaradır”.

“Antalya Diplomatiya Forumu XXI əsrin diplomatik çağırışlarına cavab olaraq dialoq, əməkdaşlıq və çoxqütblülüyün gücləndirilməsi üçün mühüm platformadır. Onun töhfəsi yalnız müzakirə məkanı yaratmaq deyil, həm də diplomatiyanı texnologiya, enerji və regional münaqişələrin həllində yenidən mərkəzi vasitə kimi təqdim etməkdir”, - deyə Aydın Tağıyev əlavə edib.

Murad Məmmədli


SON XƏBƏRLƏR