• Bakı C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

AP gələn həftə Ermənistanla viza məsələsini müzakirə edəcək

DÜNYA

23 Fevral 2024 | 12:41

AP gələn həftə Ermənistanla viza məsələsini müzakirə edəcək

Avropa Parlamenti gələn həftə plenar iclasda Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair qətnaməni müzakirə edəcək.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyadan olan deputat Viola fon Kramon məlumat verib.

“Əgər biz viza proqramı və ya liberallaşdırma tədbirləri ilə irəliləsək, bu, ticarət və bazarlarımızın liberallaşdırılması baxımından da insanlar üçün nəzərəçarpacaq hadisə olacaq”, - o qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv olan bəzi ölkələrin Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı ciddi narahatlıqları var.


SON XƏBƏRLƏR

02 Yanvar 2025