• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Almaniyada İŞİD təhlükəsi barədə xəbərdarlıq edildi

DÜNYA

24 Mart 2024 | 09:37 | Müəllif: Subhan Mahmudov

Almaniyada İŞİD təhlükəsi barədə xəbərdarlıq edildi

Almaniyanın federal daxili işlər naziri Nensi Fazer ölkənin İŞİD tərəfindən böyük təhlükə ilə üzləşdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir "Süddeutschen Zeitung" qəzetinə müsahibəsində deyib.

Fazer aydınlaşdırıb ki, söhbət İŞİD terrorçu qruplaşmasının regional qolu - Xorasandan gedir. Nazir vurğulayıb ki, islamçı terrorizm təhlükəsi hələ də aktualdır.

Qeyd edək ki, Qərb ölkələri "İslam Dövləti-Xorasan" qruplaşmasını "Crocus City Hall"da baş verən terroru törətməkdə şübhəli bilirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026