• Bakı 14° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı AÇIQLAMA

DÜNYA

23 Aprel 2024 | 00:40

Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı AÇIQLAMA

Polşanın nüvə başlıqlarının yerləşdirilməsi üzrə NATO-nun Nüvə Bölgüsü proqramında iştirakı yalnız alyans tərəfdaşları ilə müzakirə mövzusu olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşa Prezidenti Anjey Duda bildirib.

“Polşanın Nüvə Bölgüsü proqramında iştirakı ilə bağlı heç bir qərar qəbul edilməyib”, - deyə dövlət başçısı qeyd edib. O əlavə edib ki, NATO tərəfdaşları ilə görüşlərdə bu mövzu vaxtaşırı müzakirəyə çıxarılır.

Bundan əvvəl Polşanın “Fakt” nəşrinə müsahibə verən Duda NATO müttəfiqlərinin alyansın şərq cinahının təhlükəsizliyinin gücləndirilməsinin bir hissəsi kimi zəruri hesab etdiyi təqdirdə, Varşavanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bəyan edib.


SON XƏBƏRLƏR

03 May 2024