• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tehranda ilk rəsmi şübhə: Bəlkə bu, adi qəza deyil?

DÜNYA

22 May 2024 | 23:53 | Müəllif: Subhan Mahmudov

Tehranda ilk rəsmi şübhə: Bəlkə bu, adi qəza deyil?

Tehran Şəhər Şurasının üzvü Seyid Məhəmməd Ağamiri Prezident İbrahim Rəisinin helikopter qəzasının hava şəraiti ilə bağlı olmadığı haqda məlumatlara reaksiya verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, şəhər şurasının toplantısında danışıb.

O bildirib ki, bəlkə də prezidentin helikopterinin qəzası adi qəza deyil:

“Çünki qəzanın sadəcə qəza olmaya biləcəyi ilə bağlı müzakirələr gedir. Mən aidiyyəti qurumlardan xahiş edirəm ki, məsələ ilə bağlı ciddi araşdırmalar aparsınlar və həqiqəti tez bir zamanda ortaya çıxartsınlar”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026