• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Belarus Ermənistana NOTA VERDİ

DÜNYA

21 Iyun 2024 | 18:33 | Müəllif: Subhan Mahmudov

Belarus Ermənistana NOTA VERDİ

Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyana nota verib. 

Bakıvaxtı.az-ın xarici KİV-ə istinadən məlumatına görə, MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq şöbəsinin müdiri Sergey Molunov erməni səfirlə Xarici İşlər Nazirliyində görüşüb.

Xatırladaq ki, bir gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vilnüsdə Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb. Görüş zamanı Tixanovskaya “Lukaşenko rejiminə qarşı qətiyyətli mövqeyinə görə Ermənistana təşəkkür edib və Ermənistanla demokratik qüvvələr arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib”.

Bundan əvvəl İrəvan Belarusdakı səfirini çağırıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə prezident Aleksandr Lukaşenkonun Azərbaycandakı bəyanatlarına görə rəsmi şəxslərin Minskə səfərini qadağan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026