• Bakı 20° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Türkiyə ilə sərhəddə yunan sərhədçi güllələndi

DÜNYA

21 Iyul 2024 | 15:54

Türkiyə ilə sərhəddə yunan sərhədçi güllələndi

Türkiyə ilə sərhəddə yunan sərhədçi güllələnib.

Bakıvaxtı.az xəbər verir ki, yunan mediası Sufli şəhəri yaxınlığında Türkiyə istiqamətindən açılan atəş nəticəsində 56 yaşlı sərhədçinin qarnından yaralandığını, onun təcili xəstəxanaya çatdırıldığını, əməliyyatdan sonra vəziyyətinin sabit olduğunu yazıb.

Hadisə iyulun 20-də axşam saatlarında sərhədçilər Türkiyədən Yunanıstana qeyri-qanuni miqrantların daxil olmasının qarşısını almaq məqsədilə patrul xidməti apararkən baş verib.

Ehtimal edilir ki, ona qanunsuz miqrantları sərhəddən keçirməyə çalışan qaçaqmalçı atəş açıb.


SON XƏBƏRLƏR

22 Aprel 2025