• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

İran ABŞ-nin iddialarını RƏDD EDİB: seçkilərə müdaxilə etməmişik

DÜNYA

20 Avqust 2024 | 13:11 | Müəllif: Əli Hüseynov

İran ABŞ-nin iddialarını RƏDD EDİB: seçkilərə müdaxilə etməmişik

İran hökuməti ABŞ seçkilərinə müdaxilə etdiklərinə dair ittihamları qətiyyətlə rədd edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İran rəsmiləri belə bir müdaxilənin nə siyasi, nə də etik baxımdan İranın maraqlarına uyğun olduğunu bildirərək, bu ittihamların heç bir əsasının olmadığını vurğulayıblar.

Onlar ABŞ-ni öz daxili problemlərini həll etmək yerinə xarici düşmənlər axtarmaqda ittiham ediblər və belə iddiaların iki ölkə arasındakı gərginliyi daha da artıracağı barədə xəbərdarlıq ediblər.

ABŞ isə İrana qarşı sanksiyaların və təzyiqlərin davam etdiriləcəyini bəyan edib, eyni zamanda qeyd edilib ki, ölkə seçki prosesinə xarici müdaxilələri araşdırmağı və qarşısını almağa yönəlmiş tədbirləri gücləndirməyi planlaşdırır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR