Şotlandiya hökuməti İsrailin yüksək səviyyəli diplomatları ilə danışıqları dayandırıb.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə Şotlandiyanın Xarici İşlər Naziri Anqus Robertson açıqlama verib.
Onun sözlərinə görə, Şotlandiya hökuməti Qəzzada sülh danışıqlarında konkret irəliləyiş əldə olunana qədər Böyük Britaniyadakı yüksək vəzifəli İsrail diplomatları ilə əlaqəni dayandırır:
"Sülh istiqamətində real irəliləyiş əldə olunmayana, humanitar yardımlara maneəsiz çıxış təmin edilənə və İsrailin təhqiqatla bağlı beynəlxalq öhdəliklərini yerinə yetirənə qədər mövqeyimiz davam edəcək".
Şotlandiya hökuməti həmçinin Qəzzada dərhal atəşkəs, bütün girovların azad edilməsi, Böyük Britaniya tərəfindən İsrailə silah göndərilməsinə son qoyulması və iki dövlətli həll çərçivəsində Fələstin dövlətinin tanınmasını dəstəklədiyini bəyan edib.
Gülşən Şərif






jpg-1726730275.webp)









