• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna pilotsuz təyyarələr üçün 580 milyon dollar ayırıb

DÜNYA

20 Avqust 2024 | 14:21 | Müəllif: Gülşən Şərif

Ukrayna pilotsuz təyyarələr üçün 580 milyon dollar ayırıb

Ukrayna 1 milyon pilotsuz təyyarə üçün müqavilə bağlayıb.

Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş nazir Denis Şmıxal  "Telegram" kanalında paylaşım edib.

O, bildirib ki, Ukrayna hökuməti ölkənin silahlı qüvvələri üçün pilotsuz təyyarələrin alınmasına 24 milyard qrivna (580 milyon dollar) ayırıb:

"Bu gün biz təhlükəsizlik və müdafiə qüvvələri üçün pilotsuz təyyarələrin alınmasına 24 milyard qrivna ayırırıq".

Onun sözlərinə görə, dronları 500 Ukrayna şirkəti istehsal edir. Ölkədə həmçinin "Ukrayna Silahlı Qüvvələrinin tərkibində pilotsuz sistemlər" adlanan silahlı qüvvələrin ayrıca bir qolu var. O, Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə yaradılıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026