Fələstin prezidenti Mahmud Abbas Fələstin rəhbərliyinin bir neçə üzvü ilə birlikdə Qəzza zolağına səfər edəcək.
Bakıvaxtı.az Sinxua agentliyinə istinadən xəbər verir ki, Fələstin administrasiyası prezident Mahmud Abbasın Fələstin rəhbərliyinin üzvləri ilə birlikdə Qəzza zolağına səfər etmək qərarı barədə İsraili məlumatlandırıb.
Səfərin məqsədi Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds üzərində Fələstinin suverenliyini bir daha təsdiqləməkdir.
Fələstin tərəfi həmçinin Mahmud Abbas və onu müşayiət edən nümayəndə heyətinin səfəri ilə bağlı ABŞ administrasiyasını məlumatlandırıb və ABŞ-nin səfərdə iştirak etməsini istəyib.
Fələstin Administrasiyası həmçinin BMT-nin baş katibini, Avropa İttifaqını və BMT Təhlükəsizlik Şurasının üzvlərini qarşıdakı səfərlə bağlı məlumatlandıracaq.
Gülşən Şərif
















