Keniyada 42 qadını qətlə yetirən qatil həbsdən qaçıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Keniyada bir-birinin ardınca qadınları qətlə yetirən və onların cansız bədənlərini zibilliyə atan Kollinz Cumaisi saxlandığı polis bölməsindən qaçıb.
Qeyd edək ki, qatilin evində qurbanları kəsmək üçün istifadə edilən bıçaqlar, çantalar və lentlər tapılıb.
Mina Mikayılova
















