• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

ABŞ-da ziyafət zamanı atışma: Ölənlər və yaralananlar var - VİDEO

DÜNYA

21 Iyul 2024 | 18:27

ABŞ-da ziyafət zamanı atışma: Ölənlər və yaralananlar var - VİDEO

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində atışma olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb. 

Polisin məlumatına görə, atışma 100-150 nəfərin iştirak etdiyi ziyafətdə baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumun hədəfi 33 yaşlı kişi olub və o, yerindəcə ölüb. Ona çox yaxın məsafədən atəş açılıb. Daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Üçüncü qurbanla bağlı məlumat verilmir.

Atəş açanların bir neçə nəfər olduğu ehtimal edilir. Atışma yerindən 30-a yaxın giliz və odlu silah tapılıb.

 


SON XƏBƏRLƏR

21 Iyun 2025