• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ Ermənistanla hərbi təlimlər keçirdi

DÜNYA

21 Iyul 2024 | 15:10 | Müəllif: Subhan Mahmudov

ABŞ Ermənistanla hərbi təlimlər keçirdi

Bu həftə ABŞ və Ermənistan hərbçiləri “Eagle Partner 2024” proqramı çərçivəsində iğtişaşlara qarşı mübarizə və silah təlimləri keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığından məlumat verilib.

“Bu təlimlər yüksək intensivlikli birgə mühitdə əməkdaşlıq etmək və fəaliyyət göstərmək bacarığını nümayiş etdirir, hazırlığı, cavabdehliyi və qarşılıqlı fəaliyyət qabiliyyətini artırır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistan-ABŞ birgə təlimlərinə iyulun 15-də start verilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR