• Bakı 24° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Rusiya Ukraynada enerji obyektlərini bombalayıb

DÜNYA

20 Avqust 2024 | 12:44

Rusiya Ukraynada enerji obyektlərini bombalayıb

Ötən gecə Rusiya hərbi aviasiyasının Ukraynanın Sumı vilayətindəki enerji obyektlərini bombalaması nəticəsində 72 yaşayış məntəqəsi işıqsız qalıb.

Bakıvaxtı.az-ın “tcn.ua”ya istinadən xəbərinə görə, bunu vilayətin hərbi administrasiyasından bildiriblər.

Qeyd olunub ki, hazırda 18,5 min abonentin elektrik təchizatı dayandırılıb. Görülən tədbirlər nəticəsində kritik cəhətdən əhəmiyyətli infrastruktur obyektlərinin bir qismində problem aradan qaldırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026