• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Banqladeşdə iğtişaşlar: Ölənlərin sayı 150 nəfəri ötüb

DÜNYA

21 Iyul 2024 | 15:48

Banqladeşdə iğtişaşlar: Ölənlərin sayı 150 nəfəri ötüb

Banqladeşdə tələbələrin məşğulluqda kvota sisteminin tətbiqinə qarşı etirazlarından sonra baş verən iğtişaşlarda ölənlərin sayı 151 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi polis və həkimlərin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda ölənlər arasında polis əməkdaşları da var.

Qeyd edək ki, Banqladeşdə komendant saatı tətbiq edilib və bu rejim iyulun 21-i axşam saatlarında yalnız 2 saat müddətinə dayandırılacaq. Banqladeş Ali Məhkəməsində məşğulluq kvotalarının ləğvi ilə bağlı müraciətə baxılmağa başlaması ilə əlaqədar iyulun 21-22-si istirahət günü elan edilib. Ölkədəki iğtişaşlar səbəbindən Baş nazir Şeyx Hasina İspaniya və Braziliyaya səfərlərini ləğv edib.


SON XƏBƏRLƏR

21 Iyun 2025