Dağıstanın Xasavyurt rayonunun Adilyotar kəndinin sakinləri təxminən 500 evi su altında qoymuş daşqın səbəbindən təxliyə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Telegram"da rayonun rəhbəri Baqautdin Mamayev bildirib.
O videomüraciətdə vəziyyətin ən kritik olduğu Adilyotar kəndinə getdiyini deyib. Hazırda 468 ev su altında qalıb və bütün əhali təxliyə olunur.
Mamayev vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.
Bakı 




