• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İstanbulda 2,5 milyon qaçqın var? - AÇIQLAMA

DÜNYA

21 Iyun 2024 | 20:58 | Müəllif: Subhan Mahmudov

İstanbulda 2,5 milyon qaçqın var? - AÇIQLAMA

16 milyon əhalisi olan İstanbulda əksəriyyəti suriyalı olmaqla, 2,5 milyona yaxın qaçqının yaşadığı ilə bağlı iddialar əsassızdır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

“İstanbulda 2,5 milyon qaçqının olması ilə bağlı yayılan xəbərlər doğru deyil. Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin məlumatına görə, İstanbulda 1 milyon 87 min 17 əcnəbi yaşayır”- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, İstanbulun müxalif bələdiyyə sədri Əkrəm İmamoğlu Almaniyada biznes nümayəndələri ilə görüşündə İstanbulun rəsmi əhalisinin təxminən 17-18%-i və ya 2,5 milyonunun, əksəriyyəti suriyalı olmaqla qaçqın olduğunu açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026