• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Putinin bioqrafı Jurnalistlər İttifaqından qovuldu

DÜNYA

21 Iyul 2024 | 20:04 | Müəllif: Subhan Mahmudov

Putinin bioqrafı Jurnalistlər İttifaqından qovuldu

Alman jurnalist və Rusiya prezidenti Vladimir Putinin bioqrafı Hubert Zaypel Rusiyadan qonorar aldığı iddiası ilə "Netzwerk Recherche" Jurnalistlər İttifaqından qovulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə alman mediası yazıb. 

İttifaqın sədri Daniel Drepperin sözlərinə görə, Zaypel öz davranışı ilə müstəqil jurnalistikanın fundamental qaydalarını pozub və peşə etibarına böyük ziyan vurub”.

Jurnalistlər Birliyinin məlumatına görə, Zaypel 2023-cü ilin noyabrında rusiyalı iş adamı Aleksey Mordaşovdan 600 min avro aldığına görə qurumdan xaric edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026