• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Konqo meymunçiçəyi ilə mübarizəyə 49 milyon dollar ayıracaq

DÜNYA

20 Avqust 2024 | 19:27 | Müəllif: Subhan Mahmudov

Konqo meymunçiçəyi ilə mübarizəyə 49 milyon dollar ayıracaq

Konqo hökuməti Mpox (meymunçiçəyi) xəstəliyi ilə təcili mübarizə tədbirlərinə 49 milyon dollar ayırmağı planlaşdırır.

Bakıvaxtı.az "Okapi" radiostansiyasına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Samuel Roje Kamba deyib.

“Hökumət Mpox ilə mübarizəyə 49 milyon dollar ayırmağa qərar verib. Bu məbləğə Mpox-a qarşı peyvəndin alınması xərcləri daxil deyil”, - nazir qeyd edib.

Kamba əlavə edib ki, virusun yayılmasının qarşısını almaq məqsədilə yaxın vaxtlarda ölkədə 3,5 milyon insan peyvənd edilməlidir və peyvəndin alınması üçün 600 milyon dollar lazımdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026