• Bakı 26° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Finlandiya Rusiya sərhədində hərbi təlimlər keçirir

DÜNYA

21 Iyul 2024 | 20:12

Finlandiya Rusiya sərhədində hərbi təlimlər keçirir

Finlandiya hərbi qüvvələri Rusiya ilə sərhəd yaxınlığında təlimlər keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Finlandiya Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, “Cənub 2/24” təlimində təxminən 1700 nəfər və 300-ə yaxın texnika iştirak edir.

Təlimlər səbəbindən Vaalimaa keçid məntəqəsinə gedən avtomobil yolu avqustun əvvəlinə qədər bağlanacaq.

Sankt-Peterburqa ən yaxın olan Vaalimaa keçid məntəqəsi Finlandiya və Sovet İttifaqı arasında ilk sərhəd keçid məntəqəsi kimi 1958-ci ildə açılıb. Bu, Avropa İttifaqının ən işlək quru sərhəd keçid məntəqələrindən biridir. Finlandiya Nazirlər Kabinetinin qərarı ilə 2023-cü ilin noyabr ayının sonundan etibarən Rusiya ilə sərhəddəki bütün yol keçid məntəqələri növbəti xəbərdarlığa qədər bağlanıb.


SON XƏBƏRLƏR

30 Iyun 2025