• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Markov Makronu ittiham etdi

DÜNYA

22 May 2024 | 21:38 | Müəllif: Subhan Mahmudov

Markov Makronu ittiham etdi

Fransa Prezidenti Emmanuel Makron sabah Yeni Kaledoniyaya getməyi planlaşdırır. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

"Görəsən, kanaklara qarşı cəza əməliyyatına şəxsən rəhbərlik etmək istəyir? Vəhşi, müharibə cinayətkarı", - o bildirib.

Qeyd edək ki, Fransa on ildən artıq adada yaşayanlara vətəndaşlıq verilməsi haqqında konstitusiyaya dəyişiklik etmək istəyir. Məqsəd isə demoqrafiq müdaxilə yolu ilə keçiriləcək seçki və referendumlarda nəticəni Fransanın xeyrinə dəyişməkdir. Yerli əhali buna qəti şəkildə etiraz edir.

Son məlumata görə, Yeni Kaledoniyada baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib.

Polisin zorakı müdaxiləsi hələ də davam edir./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR