• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Madurodan ABŞ-nin yardımlarına reaksiya: "Əxlaqsızlıqdır"

DÜNYA

23 Aprel 2024 | 09:31

Madurodan ABŞ-nin yardımlarına reaksiya: Əxlaqsızlıqdır

Dünyadakı aclıq və Amerikadakı miqrasiya problemini nəzərə alaraq ABŞ Konqresinin Ukrayna, İsrail və Tayvana hərbi yardım ayırması əxlaqsızlıqdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Venesuela prezidenti Nikolas Maduro özünün "Maduro ilə +" adlı televiziya proqramında bildirib:.

"Vaşinqton niyə Latın Amerikası və Karib hövzəsindən miqrasiya problemini birdəfəlik həll etmək və region ölkələrinin güclü inkişafını təmin etmək üçün təcili tədbir kimi 95 milyard dolların ayrılmasını təsdiq etmir?

Çünki müharibə imperiyanın böyük işidir. ABŞ-nin 50 ştatı var, onlardan 21-i silah istehsal edir və bu 95 milyard nə Ukrayna xalqının xeyrinə, nə Fələstin xalqına qarşı soyqırımı dayandırmağa, nə də inkişafa gedir.Bu pul ABŞ-nin Şimali Amerikadakı silah sənayesinə gedir”.

Qeydedək ki, aprelin 20-də ABŞ Konqresinin aşağı palatası Ukraynaya yeni hərbi yardım paketinin verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu gün ABŞ Senatının sənədə səs verəcəyi gözlənilir.

Günəş Mərd


SON XƏBƏRLƏR