• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Çin Tayvan yaxınlığında hərbi təlimlərə başladı

DÜNYA

23 May 2024 | 08:14 | Müəllif: Qalib İbrahimoğlu

Çin Tayvan yaxınlığında hərbi təlimlərə başladı

Çin Xalq Azadlıq Ordusu mayın 23-də Tayvan boğazında və Tayvan adasının ətrafında ikigünlük irimiqyaslı hərbi təlimlərə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ÇXAO-nin şərq qoşunları komandanlığı açıqlama yayıb.

Məlumata görə, “Birgə qılınc-2024A” kod adlı təlim Tayvan adasının ətrafında şimal, cənub və şərq sularında, habelə Kinmen, Matsu, Uçi və Donin adalarında keçirilir. Quru, hərbi hava, hərbi dəniz və raket qoşunlarının cəlb olunduğu təlimdə əsas diqqət dənizdə və havada birgə döyüş qabiliyyətinin və patrul fəaliyyətinin gücləndirilməsinə, döyüş meydanında hərtərəfli nəzarətin birgə ələ keçirilməsi və əsas hədəflərə birgə dəqiq zərbələrin endirilməsinə yönəldilib.

ÇXAO-nun açıqlamasında deyilir ki, hərbi təlim “Tayvanın müstəqilliyi” separatçı fəaliyyətlərə güclü cavab, Çinin daxili işlərinə müdaxilə etmək və təxribat törətmək istəyən xarici qüvvələrə sərt cavabdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR