• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Makron Yeni Kaledoniyaya gedib

DÜNYA

23 May 2024 | 08:11 | Müəllif: Qalib İbrahimoğlu

Makron Yeni Kaledoniyaya gedib

Fransa Prezidenti Emmanuel Makron Parisdən 17 000 kilometr məsafədə yerləşən Yeni Kaledoniyaya səfər edib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata  istinadla xəbər verir.

Məlumata görə, dövlət başçısını daxili işlər naziri Jerald Darmanen, müdafiə naziri Sebastian Lekornü, dənizaşırı ərazilər naziri Mari Qevnu müşayiət edir.

Makron bildirib ki, onun əsas prioriteti asayişin bərpa olunmasıdır. Yalnız bu halda arxipelaqda fövqəladə vəziyyət rejimi aradan qaldırıla bilər.

Fransa prezidenti seçici siyahıları məsələsində geri addım atılmayacağını, artıq qəbul edilmiş qanunların dəyişdirilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Yeni Kaledoniyada son etiraz aksiyalarının əsas səbəblərindən biri kənardan gətirilən insanlara yerli kanak xalqının ziyanına olaraq səsvermə hüququnun verilməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026