• Bakı 17° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Kolumbiya Fələstində səfirlik açır

DÜNYA

23 May 2024 | 08:37 | Müəllif: Qalib İbrahimoğlu

Kolumbiya Fələstində səfirlik açır

Kolumbiya Fələstində səfirlik açır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bununla bağlı ölkə prezidenti Qustavo Petro göstəriş verib.

Məlumata görə, xarici işlər naziri Gilberto Murillo bununla bağlı prosesin başladığını deyib. İki dövlətli həll üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) və Oslo razılaşmalarını xatırladan Murillo daha çox ölkənin Fələstini tanıyacağına əmin olduğunu bildirib:

“Bu, İsrailə qarşı verilmiş qərar deyil”.

Murillo Kolumbiyanın Ramallahdakı səfirliyinin nə vaxt açılacağı ilə bağlı dəqiq bir tarix açıqlamayıb.

Qeyd edək ki, Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santos səlahiyyət müddətinin bitməsinə 4 gün qalmış - 3 avqust 2018-ci ildə Fələstini dövlət kimi tanıyıb.

Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmən açıqlayıb.

Kolumbiya prezidenti Petro İsrail və Fələstinin Boqota səfirlikləri ilə görüşdükdən sonra 20 oktyabr 2023-cü ildə Ramallahda səfirlik açacağını açıqlayıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR