• Bakı 15° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Norveç Ukraynaya uzunmüddətli maliyyə yardımını artırmağı düşünür

DÜNYA

22 Aprel 2024 | 23:22

Norveç Ukraynaya uzunmüddətli maliyyə yardımını artırmağı düşünür

Norveç Ukraynaya uzunmüddətli maliyyə yardımını əhəmiyyətli dərəcədə artırmağı düşünür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eyde bildirib.

"Biz bu məsələni parlament rəhbərləri ilə müzakirə edəcəyik. Söhbət Nansen Dəstək Proqramının (bu proqram çərçivəsində Norveç növbəti beş il ərzində Ukraynaya 6,6 milyard avro ayırmağı planlaşdırır - red.) əhəmiyyətli dərəcədə böyüməsindən gedir", - o deyib.

Daha əvvəl Ukrayna Nazirlər Kabineti Norveçin sosial büdcə xərclərini ödəmək üçün 2022-ci il fevralın 24-dən Ukraynaya 500 milyon ABŞ dollarından çox məbləğdə maliyyə yardımı ayırdığını məlumat vermişdi.


SON XƏBƏRLƏR

03 May 2024