• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Nüvə münaqişəsi riski ən yüksək həddə çatdı - XƏBƏRDARLIQ

DÜNYA

22 May 2024 | 20:32 | Müəllif: Subhan Mahmudov

Nüvə münaqişəsi riski ən yüksək həddə çatdı - XƏBƏRDARLIQ

"Nüvə münaqişəsi riski son bir neçə onillikdə ən yüksək həddə çatıb".

Bakıvaxtı.az bildirir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 23 ölkəsinin ümumi bəyanatında deyilir.

Bəyanat Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda (ICONS-2024) oxunub.

"Nüvə münaqişəsi riskinin onilliklər ərzində ən yüksək həddə çatdığı indiki şəraitdə irəliləyiş olmamasından dərin narahatlığımızı bildiririk. Nüvə silahının saxlanması, yayılması, sınaqdan keçirilməsi və istifadəsi ilə bağlı beynəlxalq normaların aşınmasını dayandırın. Biz nüvə silahı arsenallarının tam və nəzarətli şəkildə ləğv edilməsinə nail olmağın vacibliyini vurğulayırıq ki, bu da nüvə təhlükəsizliyinə müsbət təsir göstərəcək", - sənəddə vurğulanır.

Bəyanatda həmçinin qeyd olunur ki, dünya üzrə yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının 90%-i nüvə silahındadır./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026