• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

İranda 4 nəfərə ölüm cəzası verilib - Saxta içkiyə görə

DÜNYA

21 Iyun 2024 | 17:22

İranda 4 nəfərə ölüm cəzası verilib - Saxta içkiyə görə

"İranın Əlborz əyalətinin Kərəç şəhərində saxta spirtli içki istehsal edən və yayan 4 nəfərə "yer üzündə fitnə-fəsad törətmək" ittihamı ilə ölüm hökmü verilib".

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bununla bağlı Əlborz vilayətinin baş prokuroru Hüseyn Fazili açıqlama verib.

Onun sözlərinə görə, saxta içkiyə görə son bir ildə 17 nəfər həyatını itirib, 191 nəfərə ciddi ziyan dəyib. 

"Ötən il İranın Şərqi Azərbaycan, Əlborz, Hörmüzqan, Tehran, Mazenderan və Qəzvin əyalətlərində saxta spirtli içkilər üzündən xeyli insan həyatını itirib. Kərəç şəhərində saxta spirtli içki istehsalı və istifadəsi ilə əlaqədar başladılan istintaqda nəzarətə alınan 11 adamdan 4-ü edam cəzasına məhkum edilib, digər 7 nəfərlə bağlı həbs cəzası verilib" - deyə Fazili qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR