Ukraynaya müharibəsi başlayandan bəri Belqorod vilayətində 120 dinc sakin ölüb, 651-i yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov deyib.
O bildirib ki, ölənlərdən 11-i uşaqdır.
Qeyd edək ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri işğalçı ölkənin sərhədyanı bölgəsi olan Belqorod vilayəti tez-tez Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalır.